ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Laynerin elektrik dirəyinə ilişərək yerə çırpılması zamanı bir nəfər həlak olub, 1-i yaralanıb. Zərbənin təsirindən təyyarədə güclü yanğın baş verib. Qəza nəticəsində ətrafa ciddi ziyan dəyib.
Bildirilir ki, təyyarə təlim məqsədiylə havaya qalxıb. Həyatını itirən tələbə bu uçuşun ardından "pilot sertifikatı” almalı imiş. Qəzanın səbəbləri araşdırılır.
7News.az







