RU
Təyyarə qəzası: ölənlər var - FOTO/VİDEO
11:10
383

Təyyarə qəzası: ölənlər var - FOTO/VİDEO

ABŞ-ın Kaliforniya ştatının cənubunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə Orinc dairəsinin yanğınsöndürmə xidməti rəsmi "Twitter” hesabında məlumat yayıb.

Bildirilir ki, təyyarə Yorba-linda şəhərindəki həyət evinə düşüb, nəticədə, yanğın baş verib.

"Bir tikiliyə ziyan dəyib, iki nəfər ölüb, iki nəfər yerli xəstəxanaya çatdırılıb”, - məlumatda deyilir.

CBS telekanalının xəbərinə görə, iki mühərrikli "Cessna 414A” təyyarəsi Orinc hava limanından  qalxıb və çox keçmədən yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 02:00) yerə çırpılıb.

Qəzanın səbəbi araşdırılır.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ