Bişkekdəki "Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyəyə məxsus "Boeing" 747" yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 42-yə çatıb.
7News.az xəbər verir ki, bunu Qırğızıstan Baş nazirinin birinci müavini, qəza ilə bağlı yaradılan Hökumət Komissiyasının rəhbəri Muxammedkalıy Abulqaziyev deyib.
Onun sözlərinə görə, ölənlərin 37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i ekipaj üzvüdür. Qəza nəticəsində xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib.//publika.az
7News.az








