Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsi saatda 500 kilometrdən yuxarı sürətlə hərəkət edərkən sağa manevr zamanı Qara dənizə düşüb.
7News.az xəbər verir ki, bu haqda şəxsi mənbəyinə istinadən SİTA agentliyi bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, təyyarə qəza anında sağa manevr etməyə hazırlaşırdı və nəticədə dənizə düşüb.
Xatırladaq ki, Soçidən Suriyanın Xmeymim hərbi bazasına uçan təyyarə dekabrın 25-də qəzaya uğrayıb. Hadisə nəticəsində 92 nəfər həlak olub. Təyyarənin qırıntıları bir neçə saat sonra sahildən 1,5 kilometr aralıda, 50-70 metr dərinlikdə tapılıb.
Bu gün isə Qara dənizin dibindən avialaynerin birinci bort registratoru ("qara qutu”) qaldırılıb. "Qara qutu” artıq Moskvaya çatdırılıb.
7News.az








