Kolumbiyada təyyarə şirniyyat evinə düşüb.
7news.az xarici KİV-ə istinadən xəbər verir ki, “Beechcraft 60 G” tipli təyyarə paytaxt Bogotadakı Engativa məhəlləsində qəza törədib.
Qəza zamanı 3 sərnişin və bir pilot dünyasını dəyişib, 7 nəfər yaralanıb.
Qeyd edək ki, Bogotada son üç ayda iki təyyarə qəzası baş verib, 6 nəfər ölüb.
7news.az








