Ukrayna Hava Qüvvələrinə aid “Su-25” tipli təyyarə təlim uçuşu zamanı düşüb.
7news.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza Zaporijya bölgəsinin 40 kilometr şimalında meydana gəlib. Dnipropetrovskidən havalanan təyyarənin pilotu hadisə zamanı dünyasını dəyişib.
Təyyarənin eniş səbəbini araşdırmaq üçün xüsusi komissiya qurulub.
7news.az










