RU
Təyyarə yandı:
15:10
1235

Təyyarə yandı:

Rusiyada şəxsi təyyarə qəzaya uğrayıb. 

7News.az bildirir ki, bu barədə Sibir axtarış-xilasetmə aviasiya mərkəzinin direktoru vəzifəsini icra edən Vladimir Plotnikov məlumat verib. Məlumata görə, hadisə dünən Krasnoyarsk vilayətində baş verib. Berdskdən Novosibirskə doğru hərəkət edən təyyarə Kemerovsk üzərindən uçarkən heyət dispetçerlə əlaqə qurub. Bundan sonra təyyarə itib. Təyyarənin göyərtəsində 3 heyət üzvü olub. Saatlarla davam edən axtarışdan sonra təyyarəni tapmaq mümkün olub.

"Xilasedicilər hadisə yerindən məlumat verdi ki, təyyarə yanıb. Sağ qalan yoxdur", - deyə Vladimir Plotnikov bildirib.

Faktla bağlı cinayət işi açılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ