RU
Təyyarədə Bakıya narkotik gətirmək cəhdi
13:01
1014

Təyyarədə Bakıya narkotik gətirmək cəhdi

Naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığının qarşısı alınıb.

7news.Az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşına məxsus çamadan X-Ray aparatından keçərkən monitorda əks olunan 6 ədəd metal qablardakı naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub.

Yoxlama zamanı çamadandan içərisində qəhvəyi rəngli, kəskin iyə malik, toz şəkilində narkotik vasitəyə oxşar maddə olan 6 ədəd dəmir qablar aşkar olunub. Şəxsi yoxlama zamanı isə İran İslam Respublikasının vətəndaşının üzərindəki pul kisəsindən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron, kağız üzərində yazılı formada bəyan edilməyən 6 ədəd ağ rəngli həblər aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilən 6 dəmir qabdakı ümumi xalis çəkisi 4350 qram, qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, spesifik iyli maddənin xaş-xaş bitkisindən kustar üsulla alınan narkotik vasitə-tiryək, 1 ədəd polietilen torbacıqda 6 ədəd ağ rəngli dairəvi formalı həblərin isə metadon adlı dərman preparatı olduğu müəyyən edilib.

Metadon adlı dərman preparatı ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in II siyahısına daxildir və 6 ədəd həbdən ibarət metadon adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 0.12 qram təşkil edir.

 7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ