Avstraliya məhkəməsi 2017-ci ildə təyyarədə terror aktı törətmək cəhdində ittiham olunan iki qardaşa hökm oxuyub.
ABC xəbər verir ki, məhkəmənin qərarı ilə qardaşlar - Xalid Həyati 40 il, Mahmud Həyati isə 36 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə tərəfindən Xalid Həyatiyə 30 il, Mahmud Həyatiyə isə 27 il sonra vaxtından əvvəl şərti azadlığa çıxmaq hüququ təyin edilib.
Xatırladaq ki, 2017-ci ildə Avstraliyada BƏƏ-yə məxsus "Etihad Airways” şirkətinin təyyarəsində terror aktı törətməyə cəhd göstərən bir neçə şəxs saxlanılmışdı.








