ABŞ-ın Kaliforniya sahillərində sakit okean üzərində uçuş həyata keçirən Birləşmiş Ştatlara məxsus iki hərbi təyyarə toqquşub.
7News.az-ın məlumatına görə, nəticədə təyyarələrdən birinin pilotu katapult edib, Sakit okeana düşdü. Amerikanın xilasetmə qrupu bir saatdan sonra pilotu tapa bilib. Hazırda onun vəziyyəti normaldır. Digər təyyarənin pilotu isə çətinliklə də olsa təyyarəni Miramor hərbi bazasında yerə endirə bilib. Hələ ki, qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
7News.az







