RU
Tez bir zamanda yüksək təzyiqi necə aşağı salmaq olar?
13:09
5138

Tez bir zamanda yüksək təzyiqi necə aşağı salmaq olar?

Yüksək təzyiq problemi gündəmi başına götürüb. Bayram şirniyyatları insanların təzyiqini pis günə qoyub. Əhali də dara düşən kimi qaçdığı vasitələrdən biri də dərmanlardır. Təzyiq dərmanları insanda unutqanlıq yaradır. Ona görə də süni kimyəvi üsullardan uzaq durmaq məsləhətdir. Bəs necə edək dərmansız yüksək təziyiqi aşağı salaq deyirsinizsə, o zaman bizə diqqət edin.

4 sadə vasitə ilə yüksək təzyiqi aşağı salma vasitələrini 7News.Az sizə təqdim edir:

1.   Massaj

Boynun arxası asta hərəkətlərlə massaj edilir.

2.   Sirkə kompressi

2 ədəd parça alma sirkəsinə yaxud avqorada isladılır. Ayağın altında 5-7 dəqiqə saxlanılır. 20—30 dəqiqədən sonra təzyiq ölçülür.

3.  Quşüzümü şirəsi

100 ml quşüzümü şirəsinə 100ml bal qatılır, qarışdırılır. Çay qaşığı ilə gündə 3 dəfə qəbul etmək lazımdır. Bu vasitə xroniki təzyiq üçün çox faydalıdır.

4.  Xüsusi nöqtələr

Qulağın sırqa yerindən körpücük sümüyünə kimi olan şəhadət barmaq ölçülü məsafəni sığallayaraq  massajı edilir. Hər tərəfə başı 8-10 dəfə əyilir və təzyiq ölçülür.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ