Dünən Türkiyənin Van-Özalp yolunun 50-ci kilometrliyində, saat 16 radələrində PKK terrorçularının hərbçilərin olduğu avtomobilə bombalı hücumu nəticəsində, 2 əsgər şəhid olub, 5-i yaralanıb.
7News.az Türkiyə KİV-inə istinadən bildirir ki, yaralı 5 əsgər və 4 sadə vətəndaşın YYÜ Tibb Fakültəsi Dursun Odabaşı Tibb Mərkəzindəki müalicələri davam edərkən, bir tibb bacısı də nəzarətə götürülüb.
Yaralı əsgərlərin otağından ÇIXARKƏN nəzarətə götürüldü
Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü xəstəxanada bir tibb bacısı, N.K., şübhəli hərəkətləri ilə diqqət çəkib. Polislər onu növbəti dəfə yaralıların olduğu otaqdan çıxarkən saxlayıblar. İstintaqçıların araşdırması sonrası məlum olub ki, tibb bacısı PKK tərəfdarı imiş.
Təqsirkarın dindirilməsi prosesi davam edir.
7News.az








