RU
15:00
317

"Təzə Bazar"da qanlı OLAY

Bərdə rayonunda yerli sakin bıçaqlanıb.

7news.Az"Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Təzə Bazar"da baş verib.

 

Belə ki, rayonun Həsənqaya kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Məmmədov mübahisə zəminində həmyerlisi, 1987-ci il təvəllüdlü Rüfət Həsənova bir neçə bıçaq zərbəsi endirib. Boğazından və bədənin müxtəlif niyihələrindən bıçaq xəsarətləri yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ