THY-nin qərarı İsrailin Livanın cənubuna döyüş təyyarələri ilə hücuma keçdiyini açıqlamasından sonra verilib.
7NEWS.az xəbər verir ki, İsraillə Hizbullah arasında gərginliyin artmasının ardından Türk Hava Yolları (THY) təhlükəsizlik səbəbilə bazar günü Beyruta həyata keçiriləcək qarşılıqlı uçuşların ləğv edildiyini açıqlayıb. Hava məkanında yaranan gərginlik səbəbindən TK-824 İstanbul-Beyrut, TK-824 Beyrut-İstanbul, TK-826 İstanbul-Beyrut, TK-827 Beyrut-İstanbul reysləri ləğv edilib.
7NEWS.az








