Türkiyənin Sakarya şəhərində yerləşən özəl bir xəstəxanada qəribə hadisə verib.
İki tibb bacısı reanimasiyada yatan xəstəyə siqaret və alışqan verərək onunla zarafatlaşmağa başlayıblar.
Tibb bacılarından biri xəstə ilə zarafatlaşarkən digəri də onları anbaan görüntüyə alıb. Xəstə siqareti ağzına qoyub yandırmaq istəyərkən tibb bacısı ona mane olub və bu bir neçə dəfə təkrarlanıb. Bütün bunlar azmış kimi, tibb bacıları qocanın çarəsizliyinə gülməyə başlayıb.

Tibb bacılarının onunla acı zarafat etdiyini anlayan xəstə siqareti yerə ataraq onları təhqir edib./publika
7news.Az








