RU
Tibb bacısı dünyaya uşaq gətirdikdən sonra koronavirusdan ÖLDÜ - FOTO
15:40
207

Tibb bacısı dünyaya uşaq gətirdikdən sonra koronavirusdan ÖLDÜ - FOTO

İngiltərənin Luton şəhərində tibb bacısı dünyaya uşaq gətirdikdən sonra koronavirus infeksiyasından dünyasını dəyişib.

Tibb bacısı dünyaya uşaq gətirdikdən sonra koronavirusdan ÖLDÜ - FOTO

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Star" yazır.

Belə ki, aprelin 5-də 28 yaşlı hamilə tibb bacısı Meri Ageyva Agiapongda koronavirus infeksiyası aşkarlanıb, aprelin 7-də isə qadın işlədiyi xəstəxanaya yerləşdirilib.

Əvvəl onun vəziyyəti yaxşılığa doğru getsə də, sonradan kəskin pisləşməyə başlayıb. Həkimlər uşağı onun bətnindən çıxarmaq üçün təcili olaraq qeysəriyyə əməliyyatı etməli olublar.

Aprelin 12-də Agiapong vəfat edib. Yeni doğulmuş qız övladı isə sağlamdır.

Qeyd olunur ki, qadının halının pisləşməsinə məhz qeysəriyyə əməliyyatının səbəb olduğu da ehtimal edilir.
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ