RU
Tibb dünyası şokda: komada olan xəstəni dezodorant ayıltdı
16:10
646

Tibb dünyası şokda: komada olan xəstəni dezodorant ayıltdı

İngiltərədə baş verən hadisə tibb dünyasını şoka salıb.

7News.Az ölkə.az-a istinadən bildirir ki, 3 həftə komada olan gənci çox xoşladığı dezodorantın qoxusu ayıldıb.

Hadisə Kumbriya bölgəsində baş verib. 13 yaşlı Kasper Krauz dostları ilə birlikdə qayıq sürməyə getdiyi çaya yıxılıb. Üzməyi bacarmayan gənc 25 dəqiqə soyuq suyun altında qalıb. Helikopterlə xəstəxanaya çatdırılan Kasper ölümdən dönsə də, komaya düşüb. 3 həftə o, heç bir şeyə reaksiya verməyib. Həkimlər isə bildiriblər ki, oksigen çatışmazlığına görə onun beynində sağalmayan xəsarət yaranıb.

Onu yuyan tibb bacısı isə anasına övladının xoşladığı dezodorantı gətirməyi təklif etdiyi gün dəyişib. Ana dezodorantı oğlunun çarpayısının yanında sıxıb. Bir neçə dəqiqə sonra Krauz gözlərini açıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ