Ürəyi sağda, digər orqanları isə tərsinə yerləşən Orxan Dalyan tibb elmini şoka salıb.
Hər kəsi heyrətə gətirən olay Türkiyədə, Eskişehirdə yaşanıb.
Orxan Dalyan infarkt keçirdiyi üçün onun şahdamarında yırtıq əmələ gəlib və o xəstəxanaya yerləşdirilib. Xəstəni müayinə edən zaman həkimlər gözləmədikləri vəziyyətlə qarşılaşıblar. Orxanın ürəyinin sağda, digər orqanlarının isə tərsinə yerləşdiyi məlum olub. Karyeraları boyunca ilk dəfə bu cür vəziyyətlə üzləşdiklərini deyən həkimlər buna rəğmən Orxan Dalyan üzərində əməliyyat gerçəkləşdiriblər. 3 saat ərzində normal bir ürək əməliyyatının əksini tətbiq edən həkimlər uğurlu nəticə əldə etməyi bacarıblar./atvxəbər
7News.Az








