Rusiyada qeysəriyyə əməliyyatı zamanı həkimlər böyük səhvə yol veriblər.
Sankt-Peterburq şəhərində əməliyyat olunan qadının 24 gündən sonra qarnından 50 sm uzunluqda parça aşkar edilib.
Belə ki, Olya adlı xəstə qeysəriyyə əməliyyatından sonra evə buraxılsa da, o özünü yaxşı etməyib. 24 gündən sonra həkimə müraciət edən qadının yoxlanış zamanı bədənində parça olduğu ortaya çıxıb.
Hadisədən şoka düşən ailə xəstəxanaya qarşı 2 milyon rubl məbləğində təzminat davası açıb.
Xəstəni əməliyyat edən həkimlərlə bağlı polis tərəfindən araşdırma aparılır./azvision
7news.az








