RU
Tibb Universitetinin qarşısında meyit tapıldı - FOTOLAR
14:25
561

Tibb Universitetinin qarşısında meyit tapıldı - FOTOLAR

Azərbaycan Tibb Universitetinin (ATU) binasının qarşısında ölüm hadisəsi baş verib.

7news.Az azvision.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında sözügedən ərazidə kimliyi məlum olmayan orta yaşlı kişinin meyiti aşkar edilib. 

Şahidlərin sözlərinə görə, dünyasını dəyişən şəxs ürəyində olan problemlə əlaqədar həkim yanına gəlib. Onun qəbuldan çıxandan sonra anidən halı pisləşib və yerə yıxılıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Tibb Universitetinin qarşısında meyit tapıldı - FOTOLAR
Tibb Universitetinin qarşısında meyit tapıldı - FOTOLAR
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ