Rusiyanın Sverdlovskaya vilayətində tibbi maskada olan şəxs supermarketdə partlayış törədib. 7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, cinayətkar bankomatı partladaraq qarət edib. Müşahidə kamerasıyla çəkilən kadrlarda partlayış nəticəsində metal qapının qopduğu görünür. Bundan sonra oğru böyük bir çantanı sakitcə açır və binanı pulla tərk edir. Polislərin dediyinə əsasən, o, bankomatın içinə naməlum maye daxil edərək yandırıb. Hazırda cinayətkar axtarışdadır. 7News.Az