Tibbi maskanı taxa bilməyən belçikalı nazirə GÜLDÜLƏR - VİDEO
Belçikanın ədliyyə naziri Kun Gens tibbi maskanı taxa bilmədiyi üçün gülüş obektinə çevrilib.
7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, məmur fərdi qoruyucu vasitələrin istehsalı fabrikinə baş çəkərkən kameralar qarşısında pərt olub.
İnternetdə yayılmış kadrlardan göründüyü kimi, nazir əvvəlcə maskanı alnının üstünə, sonra gözünün üstünə çəkir və yalnız bir neçə cəhddən sonra düzgün taxa bilir.