“Səyyar komissiyalar özünü təsdiqləyib”.
Azərbaycanın rayonlarında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) ləğv oluna bilər.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, nazirlikdə bu istiqamətdə iş aparılır:
“Keçən ay nazirlikdə keçirilən yeni pilot layihəyə əsasən səyyar komissiyalar özünü təsdiqləyib. Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparacaq”./oxu
7news.az








