Ötən gecə Saatlı rayonunun mərkəzindəki ticarət mərkəzində güclü yanğın olub.
Keçmiş kolxoz bazarı kimi tanınan ticarət mərkəzində gecə saatlarında başlayan güclü yanğın səhər saatlarında söndürülüb.
Bazardakı ticarət obyektlərinə ciddi ziyan dəydiyi, 15-dən çox sahibkara məxsus obyektin tamamilə yanıb külə döndüyü bildirilir. Hadisənin başvermə səsəbləri araşdırılır...
----------
11:07
Fövqəladə Hallar Nazirliyi Saatlı rayonunda yerləşən "Araz Şöhrət" ticarət mərkəzindəki (keçmiş kolxoz bazarı) yanğın barədə məlumat yayıb.
Saatlı rayonunda ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da söndürülüb.
---------
10:13
Saatlıda ticarət mərkəzində güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, gecə saat 2 radələrində Saatlı rayonunda yerləşən "Araz Şöhrət" ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.
Ticarət mərkəzi 7 min kvadratmetr sahəsi tamamilə yanıb. Yanğın səhər saat 8 radələrində lokallaşdırılıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır./milli
7news.az









