RU
Ticarət mərkəzində biabırçılıq: pulu satıcının üzünə çırpdı
12:20
996

Ticarət mərkəzində biabırçılıq: pulu satıcının üzünə çırpdı

"Siz özünüzü kim sayırsınız?! Düşünürsünüz ki, buradakı üzüyü və ya qolbağı ala bilmərəm?! Yoxsul, səfil olduğumu xəyal edirsiniz?!"

Bunu qışqıraraq deyən alıcı qadın çantasından çıxardığı pulları satıcı qadının üzünə çırpmağa başlayıb.

Olay Çinin şimal-şərqindəki Handan şəhərində yaşanıb. Ticarət mərkəzlərindən birindəki butikə daxil olan iki rəfiqə piştaxtadakı zinət əşyalarına baxırdı.

Rəfiqələrdən biri satıcıya üz tutaraq: "Bu üzüyü almaq istəyirəm. Baxa bilərəm?!" - deyib.
Satıcı etinasızcasına: "O üzük sizin üçün çox bahadır", - söyləyəndə qadın "cin atına minib".
Çantasından çıxardığı 100 yuanlıq əskinasları satıcının üzünə, sinəsinə çırpan qadın çox sinirlənmişdi.

Video sosial şəbəkələrdə dolaşmağa başlayandan sonra polis insidenti araşdırmağa başlayıb.

Bəziləri bunu ticarət mərkəzinin özünü reklam etmək üçün əl atdığı reklam tryuku sayırlar.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ