Çeçenistanın paytaxtında güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, paytaxt Qroznıda "Berkat” adlanan ticarət mərkəzində yanğın baş verib.
Güclü yanğın qısa zamanda 400 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən briqada cəlb olunub. Xoşbəxtlikdən yanğın zamanı içəridə insan olmayıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır./publika
7news.Az








