Livanın paytaxtı Beyrutda iki partlayış baş verib.
7news.az xarici KİV-ə istinadən xəbər verir ki, üzərində bomba olan iki nəfər ticarət mərkəzinə daxil olaraq bombaları işə salıb. Partlayış zamanı 16 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Burj el Barajneh ərazisində baş verən partlayışı heç bir terror qruplaşması öz üzərinə götürməyib.
7news.az








