RU
Ticarət Mərkəzində oğurluq anbaan kameraya düşdü - VİDEO
14:25
323

Ticarət Mərkəzində oğurluq anbaan kameraya düşdü - VİDEO

Bakıda Ticarət Mərkəzində yerləşən məişət avadanlıqları satılan mağazada da oğurluq baş verib.
7News.az xəbər verir ki, hadisə anbaan kameralara düşüb.

Görüntülərdən aydın olur ki, obyektə daxil olan iki qadın əvvəlcə qablara alıcı kimi baxırlar. Daha sonra qadınlardan biri satıcının diqqətini yayındırır. Digəri isə qabları gizlincə çantasına qoyur.

Bununla kifayətlənməyən qadın özü ilə gətirdiyi sellofan torbanın içərisinə daha bir qab yerləşdirir. Sonra isə heç nə olmamış kimi dükanı tərk edirlər.

Artıq mağaza sahibi polisə müraciət edib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.// ARB TV
7News.az 
<iframe style="box-sizing: border-box; max-width: 100%; height: 0px; width: 720px; border-width: initial; border-style: none; margin: 0px; padding: 0px; display: block;"></iframe>

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ