RU
Ticarət mərkəzində qanlı dava - Polisi bıçaqlayıb qaçdı
13:36
388

Ticarət mərkəzində qanlı dava - Polisi bıçaqlayıb qaçdı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

7News.az xəbər verir ki, martın 1-də Şəmkir şəhərində yerləşən ticarət mərkəzlərindən birində əvvəllər məhkum olunmuşlar - rayon sakini, Ülfət Vəliyev və Yevlax rayon sakini Zaur Qocayev Təzəkənd kənd sakini Gülsüm Məmmədovaya zor tətbiq edib içərisində 50 manat olan pul kisəsini alıblar.

Bu zaman yaxınlıqda olan iki polis əməkdaşı onları saxlayarkən Z.Qocayev polis əməkdaşlarından birinin əlinə bıçaqla xəsarət yetirib. Z.Qocayev saxlanılaraq RPŞ-yə təhvil verilib, digər şəxsin tutulması üçün tədbirlər görülür.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.//milli

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ