RU
Ticarət mərkəzindəki yanğına görə Qara Qarayev prospektində tıxac yarandı
10:23
345

Ticarət mərkəzindəki yanğına görə Qara Qarayev prospektində tıxac yarandı

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

7News.Az xəbər verir ki, bu barədə trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb: "Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada və helikopter cəlb olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ