RU
Tiflis iflic oldu – Tətil ELAN EDİLDİ
13:04
917

Tiflis iflic oldu – Tətil ELAN EDİLDİ

Tiflis metrosu əmək haqqının artırılmasını tələb edən maşinistlərin tətili ilə əlaqədar işini dayandırıb.

7news.Az xəbər verir ki, bu haqda Gürcüstanın "Birinci kanalı” bildirib.

"Metrostansiyaların girişində avtobusdan istifadə etmək xahişi ilə plakat yerləşdirilib”, - telekanalın xəbərində deyilir.

Qeyd edilir ki, maşinistlər həmçinin aclıq aksiyasına başlamaq niyyətindədir. Avtobuslar isə bu gün əhaliyə pulsuz xidmət göstərəcəklər.

Maşinistlərin tətil qərarı Tiflis meri Kaxa Kaladzeni hirsləndirib. Mer onların kifayət qədər maaş aldıqlarını deyib.

Maşinistlər onların bir saatlıq maaşının 7 laridən 10 lariyə qədər artırılmasını tələb edirlər. Metropolitendə təxminən 240 maşinist işləyir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ