RU
Tiflisdən Bakıya hərəkət edən qatarda QƏZA: 4 vaqon aşdı
12:40
467

Tiflisdən Bakıya hərəkət edən qatarda QƏZA: 4 vaqon aşdı

Bu gün Tiflisdən Bakıya hərəkət edən sərnişin qatarının 4 vaqonu relsdən çıxaraq aşıb.

Qəza bu gün səhər 10:30 radələrində baş verib.

Hadisə nəticəsində həmin istiqamətdə bütün hərəkət dayanıb, dəmiryol xəttində isə ciddi problem yaranıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qəzanın baş verməsinə səbəbi hava şəraiti ilə bağlıdır: "Qəza nəticəsində 4 vaqon relsdən çıxıb və hərəkətin bərpası üçün müvafiq addımlar atılır”.

Qeyd edək ki, qəzaya səbəb kimi vaqonların nasaz vəziyyətdə olması və dövri qulluğun göstərilməməsi də deyilir.

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ