əcək.
***
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
***
FHN-dən bildirilib ki, inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədirlər.
***
FHN tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
















