RU
Tikinti şirkətlərinin 100-dən artıq vəzifəli şəxsi vurduqları maddi ziyana görə məsuliyyətə cəlb olunub
16:40
60

Tikinti şirkətlərinin 100-dən artıq vəzifəli şəxsi vurduqları maddi ziyana görə məsuliyyətə cəlb olunub

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edib.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşların vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ