RU
11:20
28

"TikTok işlədə bilməz" - Xalq artistindən qızına qadağa

Xalq artisti Məleykə Əsədova "Bir gün" verilişinin qonağı olub.
 
Aktrisa qızı Gülər ilə kamera qarşısına keçib.
 
Aktrisanın qızı Gülər gələcək planlarından danışıb:
 
"Anam mənə məsləhətlər verir, istəyir ki, yaxşı oxuyum. Mən diplomat olmaq istəyirəm. Anam da deyir nə olursan ol, Vətəninə layiqli vətandaş ol. Mən də buna görə anamı qürurlandırmaq istəyirəm. Hər zaman onun məsləhətlərinə qulaq asıram. 
 
Uşaqlıqdan anamın mənə qoyduğu sosial şəbəkə işlətmək qadağası hələ də var. Həmişə deyir ki, işləyəndə, vaxtı gələndə aça bilərsən. Mən özüm də orada olmaq istəmirəm. İş həyatına atılandan sonra işimlə əlaqəli orada ola bilərəm".
 
Xalq artisti isə qızına qoyduğu qadağalardan danışıb:
 
"Nə məktəb illərində, nə də indi, qızımın sosial şəbəkə hesabları yoxdur. Onun "TikTok"u heç bir zaman ola bilməz. Hər zaman ona telefonu həftə sonu 1 saatlıq vermişəm. O da yaxşı oxusa, mükafat olaraq. Nə qədər işim olsa da Gülərə hər zaman diqqət göstərirəm. Həyatdakı ən böyüük arzum onu xoşbəxt görməkdir".
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ