7NEWS.az xəbər verir ki, Nepal da Çin sosial media platforması TikTok-u qadağan edən ölkələrə qoşulub. Nepal hökuməti məşhur sosial media tətbiqi TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib. Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Sharma, platformanın etiraz doğuran məzmun yaydığını söylədi və qadağanın dərhal qüvvəyə minəcəyini və səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verildiyini bildirdi. Xarici işlər naziri Narayan Prakash Saud, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, hökumətin sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçmələrini və əlaqə ofisi açmasını, vergi ödəmələrini və ölkənin qanun və qaydalarına əməl etmələrini xahiş etdiyini bildirib.
7NEWS.az








