RU
“TikTok”da narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlandı
12:30
27

“TikTok”da narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlandı

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

V.Quliyev ifadəsində bildirib ki, "TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ