RU
Timatidən gözlənilməz paylaşım
21:14
1052

Timatidən gözlənilməz paylaşım

Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur rep ifaçısı Timatinin yaxın günlərdə Bakıya səfər edəcək.

O, paytaxtın məşhur otellərindən birində pərəstişkarlarının qarşısında çıxış edəcək.

Timati konsert öncəsi azərbaycanlı fanatlarına jest edib. Belə ki, gənclərin sevdiyi "Mələyim olarsan" mahnısını şəxsi "İnstaqram" hesabında paylaşıb. Müğənnin bu paylaşımına xeyli şərh yazılıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan rep ifaçısının əsl adı Teymur Yunisov İldar oğludur. O 1983-cü il avqust ayının 15-i Moskvada anadan olub. Müsahibəsi zamanı rep ifaçısı bildirib ki, atasının böyük iş adamı olub. Buna baxmayaraq, valideyinləri tərəfindən elə tərbiyə edilib ki, ehtiyacı olduğu hər bir şeyi öz gücü ilə qazanmalı olub.

Timati ilk dəfə Rusiyada yayımlanan "Fabrika zvyozd 4" (Ulduz fabriki 4) mahnı müsabiqəsinin köməyi ilə tanınmağa başlayıb./atv

7news.az

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ