RU
Timoşenkonu həbs edən hakim işdən qovuldu
21:53
256

Timoşenkonu həbs edən hakim işdən qovuldu

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin keçmiş baş naziri Yuliya Timoşenkoya hökm oxuyan hakim Rodion Krieevi işdən çıxarıb.

Hakimin işdən çıxarılmasına səbəb kimi, onun hakim andını pozduğu göstərilir.


Rəsmi açıqlamada bildirilib ki, hakim Timoşenkonu əsassız yerə həbs etməklə, ölkə qanunlarını pozub.

Qeyd edək ki, sabiq baş nazir Y.Timoşenko 2011-ci ildə vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittihamı edilərək tutulmuşdu. O, məhkəmənin hökmü ilə 7 il müddətinə həbs cəzasına məhkum edilmişdi. Timoşenko Ukraynada Yanukoviç hakimiyyəti devriləndən sonra azadlığa buraxılıb./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ