RU
Timsah qızı PARÇALADI - Yerli adət səbəb oldu
18:00
916

Timsah qızı PARÇALADI - Yerli adət səbəb oldu

indistanın Qucarat ştatında, Gir meşəsində yerləşən kəndin yaxınlığında timsah 15 yaşlı qızı parçalayıb.


7News.Az xəbər verir ki, bu barədə "The Indian Express" yazır.


Belə ki, hadisə qız çayda qab yuyarkən digər qadının gözü önündə baş verib. Timsahın hücumuna məruz qalan qızı xilas etmək mümkün olmayıb. Onun meyiti bir neçə saat sonra tapılıb.


Qeyd olunur ki, həmin kənddə qədim maldxari xalqı yaşayır. Burada su təchizatı olsa da, adətə görə, qabları timsahlar olan çayda yuyurlar.


Hökumət hadisə yerində timsah tələləri qurub. Timsah tutulsa, onu sadəcə olaraq yaşayışdan uzaq məkana aparıb azadlığa buraxacaqlar.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ