7NEWS.az xəbər verir ki, Kevin Darmody sonuncu dəfə şənbə günü görülüb. Darmody Şimali Kvinslenddə duzlu su timsahlarının sıx məskunlaşdığı bir ərazidə balıq tuturdu. Ərazidə axtarışlar iki gün davam edib. Polisin bu müddət ərzində öldürdüyü iki böyük timsahdan birində insan hissələri tapılıb. 65 yaşlı Darmodinin təcrübəli balıqçı olduğu bildirilir.
7NEWS.az








