RU
17:00
545

"Tipik bir türk kişisi kimi yatağa girdi" - Aktrisa arxasınca düşən pişik haqda - FOTO

Aktrisa Yeşim Ceren Bozoğlu sosial şəbəkə hesabından heyvansevərliyinin nə qədər yüksək olduğunu göstərən bir paylaşım edib.

7News.az sözcü-yə istinadən xəbər verir ki, oynadığı seriallarda mənfi obrazların öhdəsindən müvəffəqiyyətlə gələn Yeşim Ceren Bozoğlu arxasına düşən bir pişiyi evinə gətirməsi səhnəsini sosial şəbəkə hesabında təsvir edib:

"Çəkilişdən dönürdüm, hiss etdirmədən mənimlə birlikdə gəlib. Bir də baxdım ki qapıdan arxamca içəri girdi. Qırx illik sahibiyəmmiş kimi yemək istədi. Pişiyi olanlar bilir ki, sən pişik sahibi deyilsən, pişik sənin sahibin. Qarnını doyurduqdan sonra tipik bir türk kişisi kimi yatağa getdi. Çənəsi çox aşağı yalnız ... İstədiyini alana qədər qətiyyən susmur. Aslan bürcü olduğundan şübhələnirəm. Səhər getmək istəyər bəlkə deyə düşünüb qapını açdım, heç vecinə olmadı. Tək gecəlik eşqlərin pişiyi deyilik yəqin ... Aqressiv, çənəsi aşağı, lakin çox yaraşıqlı ... Ad təklifləri alımmı?".

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ