Türkiyənin Bolu vilayətində yanacaq daşıyan "TIR" tunelin divarına çırpılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmadan sonra benzinlə dolu yük maşını alışıb. İlkin məlumata görə, "TIR"dakı 5 nəfər ölüb, yaralılar var.
Yaralılar xəstəxanalara çatdırılıblar. Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.








