RU
TIR-la minik maşını toqquşdu - ÖLƏN VAR - YENİLƏNİB
01:00
443

TIR-la minik maşını toqquşdu - ÖLƏN VAR - YENİLƏNİB

21:51

Xudatda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan iki şəxsdən biri ölüb.

7News.Az APA-ya istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq,  yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Faktla bağlı araşdırma davam etdirilir.

----------

20:42

 

Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Xudat sakini ağır xəsarət alıb.

Bunlar 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğludur. Onlar Xudat şəhər Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, sonra onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ