7NEWS.az xəbər verir ki, Sahil Mühafizəsi rəsmiləri bildiriblər ki, sualtı qayığın eniş şassisi və quyruğu da dağıntılar arasında tapılıb. Amerikalı tibb mütəxəssisləri qalıqların rəsmi analizini aparacaqlar. Ötən gün Kanadanın Sent Cons şəhərində "Horizon Arctic” gəmisindən "Titan” sualtı qayığının qalıqları boşaldılıb. İyunun 18-də sualtı qayıq partlayıb, göyərtəsində olan 5 nəfər həlak olub. Partlayışla bağlı istintaqın davam etdiyi, lakin hələ ki, ilkin mərhələdə olduğu açıqlanıb. Sualtı qayıqda olanlar 1912-ci ildə batan Titanik gəmisinin qalıqlarını Şimali Atlantikada 3800 metr dərinlikdə görmək istəyiblər.
7NEWS.az








