1912-ci ildə faciəli şəkildə batan "Titanik” gəmisindən tapılan paslanmış şkaf açarı auksionda 104 min dollara satılıb.
Bu barədə məlumat "Associated Press”-də yer alıb. "Henry Aldridqe end Son” auksionunda keçirilən hərracda açarın ilkin qiyməti satıldığından üç dəfə aşağı olub. Açar 1912-ci ildə gəmidə xidmət edən 23 yaşlı Sidni Sedyunarın cəsədindən tapılıb. Sonradan Sidninin şəxsi əşyaları onun arvadına göndərilib.
Qeyd edək ki, bu əşyalardan bir çoxu gəmiçilik muzeyində yer alıb.








