Tarixi biskvit tarixi qiymətə satıldı.
ABŞ-da məşhur Titanik gəmisindən qalma biskvit 23 min dollara alıcı tapıb. Ceyms Fenvik adlı şəxsə məxsus un məmulatı bir əsr əvvəl hazırlansa da, indiyədək formasını və rəngini dəyişməyib. 1912-ci ildə Spillers və Beykers sexində bişirilmiş biskvit Henri Oldric end Son hərracı vasitəsilə yunan kolleksiyaçıya satılıb.
1912-ci ildə Titanik gəmisi aysberqlə toqquşanda, batmaqda olan sərnişinlərin köməyinə həmin vaxt okeanda üzən Karpatiya gəmisi çatmışdı. Bu gəmidə sərnişin olan Ceyms Fenvikin Titanikdən götürdüyü biskvitin ən yaxşı halda 15 min dollara satılacağı gözlənilirdi. Amma adı açıqlanmayan kolleksiyaçı bu biskiviti 8 min dollar bahasına almağa razı olub.
Heç şübhəsiz dünyanın ən bahalı biskvitinə çevrilən məhsulun bu qədər baha satılmasına səbəb onun dadı yox, tarixidir. 23 min dollar ödəməklə bu biskviti alan kolleksiyaçı onu açıq havada da saxlaya bilməz. Bunun üçün xüsusi bağlama tələb olunur ki, yüz illik biskvit xarab olmasın.
7news.az








