İtalyan memar Perini tərəfindən inşa edilən "Bayesian” yaxtasının batması mütəxəssisləri şoka salıb.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, prokurorlar son model mühafizə sistemli qayığın batma səbəbini araşdırdıqlarını açıqlayıblar.
Açıqlamada yaxtanın avtomatik izləmə sistemindən əldə etdikləri görüntülərdə gəminin güclü küləkdən əyilərək içərisinə su dolduğu anlaşılır.
İçərisinə sürətlə su dolan yaxta 16 dəqiqə ərzində batıb.
Qeyd edək ki, yaxtanı istehsal edən "Costantino” şirkəti birneçə gün içərisində səhmlərinin yüzdə 2,5-ni itirib və itkilərə görə istintaqa cəlb edilə bilər.
7News.Az








