RU
Tıxacda doğulmuş qızını ayaqqabı bağıyla XİLAS ETDİ - FOTO-VİDEO
17:20
383

Tıxacda doğulmuş qızını ayaqqabı bağıyla XİLAS ETDİ - FOTO-VİDEO

İngiltərənin Kinqston-apon-Hall şəhərinin sakini, 24 yaşlı Holli Loutorp qızını avtomobil tıxacında dünyaya gətirib.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Mirror" yazır.

Tıxacda doğulmuş qızını ayaqqabı bağıyla XİLAS ETDİ - FOTO-VİDEO

Həmin vaxt avtomobildə olan həyat yoldaşı qadını və uşağını ayaqqabı bağıyla xilas edib.

Tıxacda doğulmuş qızını ayaqqabı bağıyla XİLAS ETDİ - FOTO-VİDEO

Noyabrın 19-da 22 həftəlik hamilə olan Loutorp doğuş sancıları hiss edib. Anası Şeron Loutorp və yoldaşı Kallum Uayldriclə birgə qadın maşınla xəstəxanaya yollanıb, lakin yolda tıxaca düşüblər. Qadın elə avtomobildə uşağı dünyaya gətirib, amma uşağın göbək ciyəsi boynuna dolandığından körpə boğulmağa başlayıb.

Tıxacda doğulmuş qızını ayaqqabı bağıyla XİLAS ETDİ - FOTO-VİDEO

Uşağın atası təcili yardım çağırdıqdan sonra Hollinin anasına ciyəni körpənin boynundan çıxarmağı tapşırıb, özü isə ayaqqabısının bağıyla göbək ciyəsini bağlayıb.

Bir neçə dəqiqədən sonra təcili yardım həkimləri özlərini çatdıraraq, uşağın göbəyini kəsiblər. Ana və körpə xəstəxanaya yerləşdirilib.

Valideynlər dördüncü övladı olan bu qıza Verity adını veriblər. Doğuş zamanı 3,5 kq olan uşağın həyatı üçün təhlükə yoxdur.

Tıxacda doğulmuş qızını ayaqqabı bağıyla XİLAS ETDİ - FOTO-VİDEO



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ