RU
Tıxacda qalan 12 nəfər öldü
13:38
1706

Tıxacda qalan 12 nəfər öldü

İndoneziyanın Yava adasında yerləşən Brebes şəhərində yaranmış tıxac faciyə ilə nəticələnib.

7News.Az xəbər verir ki, üç zolaqlı yolda aparılan təmir işləri 20 kilometr uzunğunda tıxacın yaranmasına səbəb olub. Bir neçə gün davam edən tıxacda gözləyənlərdən 12 nəfər isti hava və susuzluqdan vəfat edib. Ölənlərin çox yaşlılar və uşaqlardır.

Səlahiyyətlilər tıxacda qalan insanlara tibbi yardım üçün dəhliz yaratmağa çalışıb. Lakin təcili yardım avtomobilləri bölgəyə daxil ola bilməyib. 

Qeyd edək ki, ölkə daxilində Ramazan bayramı tətili boyunca yaşanan yol qəzalarında təxminən 400 adam həyatını itirib.

Dünyada əhali sıxlığın ən çox olduğu ada olan Cava adasında təxminən 145 milyon insan yaşayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ